Ronaldu: "Pul əsas olsaydı, Qətərə gedərdim"
6 Noyabr 2015 18:45 İdman"Real Madrid"in ulduz futbolçusu Kriştianu Ronaldu "BBC" radiosuna müsahibə verib.
Goal.az xəbər verir ki, portuqaliyalı futbolçu keçmiş klubu və məşqçisi barədə sualları cavablandırıb.
"Futbolun tarixinə düşdüyümü, əfsanə olduğumu söyləməyə ehtiyac yoxdur. Statistika hər şeyi deyir. Son 8 ildə ən yüksək səviyyədə oynayıram. Futbolda daha 5-6 il qalmaq istəyirəm. Daha da inkişaf etmək asan deyil. Mən buna çalışıram. Öz fikrimdə, həmişə ən yaxşıyam. Başqalarının nə düşündüyü, nə dediyi məni maraqlandırmır. Sadəcə bu il deyil, hər zaman futbolun ən yaxşı siması olmuşam. Messi ilə məni müqayisə etmək insanların şəxsi fikridir. Hər kəsin fikrinə hörmət edirəm. Bəlkə də, kimsə onu məndən üstün bilir. Mənim fikrimcə isə, ən güclü özüməm".
- "Manchester United"in əvvəlki səviyyəsinə çata bilməməsi səni məyus edir?
- Komandanı top-klublar sırasında görməmək mənə çətindir. Çünki bu klubu çox sevirəm. Əlbəttə ki, "United"i əvvəlki kimi görmək istərdim. "Sporting" ilk klubum olub. Sevdiyim klubarın uğur qazanmasını istəyirəm. "Mankunianlar" hazırda yaxşı formadadırlar. Amma komanda 5-6 il öncəki vəziyyətə çatmaq üçün çox çalışmalıdır.
- Bir gün "Manchester United"ə qayıtmağım mümkündür?
-Dəfələrlə dediyim kimi, gələcəyi heç kim bilmir. Bu cavabı həmişə verəcəm. İndi "Real"da özümü xoşbəxt hiss edirəm. Madrid klubu ilə müqaviləm var.
- Həyatından bəhs edən bədii filmin təqdimatı oldu. Futbol ulduzu olmaq necə bir şeydir?
- Bu, mənə gərgin çalışmaq və inkişaf etmək üçün motivasiya verir. Ulduz həyatı asan olmasa da, şikayət etmirəm. Sadəcə özümü xoşbəxt hiss etdiyimi bildirmək istəyirəm. Bunun səbəbi var. Meydanda inanılmaz biriyəm. Bu səbəbdən insanlar mənə maraq göstərir. Peşəkaram və bu tempdə davam etmək fikrindəyəm.
- "Real"da 3 mövsüm ərzində Joze Mourinyo ilə çalışmısan. Hazırda o, "Chelsea" ilə çətin günlərini yaşayır. Buna təəccüblənirsən?
- Xeyr. Çünki futbolda hər şey ola bilər. Mourinyo 2 il birlikdə çalışdığım məşqçi olduğundan onun potensialına bələdəm. Təkcə Joze deyil, "Chelsea" də çətin durumdadır. Portuqaliyalı kimi həmyerlilərimi yüksək yerlərdə görmək istərəm. Ona arzum da budur. Qoy bu dönəmi geridə qoyub "Chelsea" azarkeşlərinə sevinc bəxş etsin. Onlar buna layiqdirlər.
- Yayda bir sıra klublar sənə maraq göstərdi. Nə vaxtsa "Manchester City" və ya PSG-nin təklifini qəbul edərsən?
- Düşünürsüz ki, pul 30 yaşımda fikrimi dəyişdirə bilər? Mən belə güman etmirəm. Puldan söhbət gedirsə, Qətərə yollanardım. Orada "City"dən daha çox qazanmaq imkanım olardı.