Rəşad Sadıqov: "Üzücü məqam odur ki..."

Avropa Liqasının qrup mərhələsi çərçivəsində doğma meydanda "Monako"nu qəbul edən "Qarabağ" oyundan sülhlə ayrılıb - 1:1. Goal.az xəbər verir ki, oyundan sonra jurnalistlərin suallarını cavablandıran "Qarabağ"ın kapitanı Rəşad Sadıqov qarşılaşma haqda bunları deyib: "Maraqlı və gərgin oyun keçdi. Qələbə qazanmaq istəyirdik. Lakin sonlara yaxın üzücü bir qol buraxdıq. "Monako" kimi komandaya qarşı müdafiədən futbol oynayanda  onların müdafiəsini yarmaq bir qədər çətin olur. "Monako" ilə hər iki oyunda da pis oynamadıq. Lakin üzücü məqam odur ki, bu oyundan 1 xal ilə ayrıldıq. Onlar təcrübəli komandadır və ilk dəqiqələrdən hakimə öz etirazları ilə təzyiq etmək istəyirdilər. Lakin hakim təzyiq altına düşmədi. Bu da onun təcrübəsindən irəli gəlir. Qarşıdakı oyunlara baxmalıyıq. Gələcək oyunlarda hər şey həll olunacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31