Benzema Madridə qayıtdı

Şantaj etdiyi iddiası ilə Fransada polis tərəfindən saxlanılan "Real"ın futbolçusu Kərim Benzema Madridə qayıdıb. Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, fransalı hücumçu artıq məşqlərə də başlayıb. Bərpa müddəti davam edən Benzemanın noyabrın 8-i "Sevilya"ya qarşı oynayacağı gözlənilmir.

Qeyd edək ki, Kərim Benzema Fransa millisindəki komanda yoldaşı Matye Valbuenanı intim videosu ilə şantaj etməkdə təqsirli bilinir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31