FHN-in İdman-sağlamlıq klubu güləş üzrə çempionat keçirib

5-6 noyabr tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə qurumlar arasında sərbəst güləş üzrə çempionat keçirilib.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin idman zalında keçirilən yarışlarda nazirliyin 16 qurumunun 100-dək idmançısı mübarizə aparıb.
Yarış olimpiya sistemi ilə beynəlxalq qaydalara uyğun 8 çəki dərəcəsi üzrə keçirilmişdir.Yarışları beynəlxalq dərəcəli hakim Elman İsmayılov və digər hakimlər idarə edib. Gərgin idman şəraitində keçən yarışda aşağıdakı nəticələr qeydə alınıb:
57 kq çəkidə
I yer-Haqverdiyev Alik (MMQ)
II yer-Salahov Nurlan (FHN-in Akademiyası)
III yer-Nəbiyev Tural (DYMX)
III yer-Səmədli Sirus (XRXX)
61 kq çəkidə
I yer-Süleymanov Cəlal (XRXX)
II yer-Nəbiyev Tural (DYMX)
III yer-Məmmədov Əfqan (DSXX)
III yer-Qəmbərli Zaman (DYMX)
65 kq çəkidə
I yer-Sövdümzadə Namiq (İSK)
II yer-Babayev Füzuli (DYMX)
III yer-Əzimli Bəybala (MMQ)
III yer-Qüdrətov Mirmövsüm (MMQ)
70 kq çəkidə
I yer-Umayev Tural (XRXX)
II yer-Məmmədov Fariz (DYMX)
III yer-Babayev Vüqar (DSXX)
III yer-Cabbarov Saqif (FHN-nin Akademiyası)
74 kq çəkidə
I yer-Qəmbərov Elmir (XRXX)
II yer-Qasımov Elman (DYMX)
III yer-Rəhimov Anar (DSXX)
III yer-Tağıyev Elvin (DYMX)
86 kq çəkidə
I yer-İsmayılov Sübhan (XRXX)
II yer-Fərzullayev Pərviz (Cənub RM)
III yer-Nuriyev Elburus (DSXX)
III yer-Abbaslı Abbas (DYMX)
97 kq çəkidə
I yer-Eldarov Əsgər (XRXX)
II yer-Məcidov Məhərrəm (DYMX)
III yer-Hüseynov Səbuhi (XRXX)
III yer-Paşayev Əlisgəndər (DYMX)
125 kq çəkidə
I yer-Hümbətov Səbuhi (XRXX)
II yer-Mirzəliyev Əfqan (DYMX)
III yer-Qəhrəmanov Elçin (QRM)
III yer-İsgəndərov Ruhi (DYMX)
Komanda hesabında isə I yerə Xüsusi Riskli Xialsetmə Xidməti, II yerə Dövlət Yanğından Mühafizə Xidməti, III yerə Mülkü Müdafiə Qoşunlarının komandaları çıxıb.
Daha sona çıxış edən İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev qalibləri təbrik edib, bildirib ki, sərbəst güləş üzrə çempionat 6-ci dəfədir keçirilir və növbəti illərdə davamı gözlənilir.
Sonda Füzuli Musayev və Həmkarlar İttifaqının sədri Mehman İsmayılov qaliblərə medal, kubok, diplom və qiymətli hədiyyələr təqdim ediblər.
Qeyd edək ki, çempionatda qonaq qismində Güləş Federasiyasının, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndələri, tanınmış idmançılar iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31