Aleksey Qay: “Deyiləsi heç nə yoxdur”
6 Noyabr 2015 14:21 İdman"Qəbələ"nin yarımmüdafiəçisi Aleksey Qay "Borussiya"ya ilə oyundan sonra müsahibəsi
- "Borussiya"ya 0:4 hesabı ilə məğlub olduğunuz görüş barədə nə deyə bilərsən?
- Nə deyim? Oyun barədə deyiləsi heç nə yoxdur. Məğlubiyyətdən sonra söz tapmaq çətindir.
- Yenilgini nə ilə əlaqələndirmək olar?
- Oyuna ciddi hazırlaşmışdıq. "Borussiya"ya qarşı müqavimət göstərmək istəyirdik. Matçın əvvəlində buna nail olduq. Lakin sonradan rəqib hesabı açmaqla daha üstün oynamağa başladı və istədiyi nəticəni qazandı.
- Bu gün "Krasnodar" da PAOK-a qalib gəldi. Söyləmək olar ki, "Qəbələ"nin artıq qrupdan çıxmaq şansı tükənib?
- Qarşıdakı 2 oyunda da məqsədimiz eynidir. Həm PAOK, həm də "Krasnodar"la görüşlərdə uğur qazanmağa çalışacağıq.
- Bu realdır?
- Məqsədimiz əvvəlki kimidir. İstəyimizin baş tutub-tutmayacağını isə zaman göstərəcək.
- Sabah (bu gün-red.) ad gününüzdür. Belə gündə Aleksey Qay özünə qələbə hədiyyə edə bilmədiyi üçün çox məyusdur?
- Təbii ki, belə bir gündə qələbə qazanmağı hər kəs istər. Lakin buna nail olmadıq. Əsas odur ki, komandada hər kəs sağlamdır, ciddi problem yoxdur.
- Əvvəlcədən sizi ad gününüz münasibəti ilə təbrik edirik.
- Təşəkkür edirəm, minnətdaram.