Bayraq Günü münasibətilə şahmat turniri keçirilib

9 noyabr Bayraq Günü münasibətilə Bakıda "Qədim şəhər qədim oyun" layihəsi çərçivəsində şahmat turniri keçirilib. Turnir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi həmkarlar təşkilatlarının təşəbbüsü ilə baş tutub. Azərbaycanını dövlət himni ilə açılan tədbirdə bildirilib ki, ilk dəfə üçrəngli bayraq ideyasını Azərbaycan istiqlaliyyətinin ideoloqlarından olan Əli bəy Hüseynzadə gündəmə gətirib. Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Lakin bayrağımızın rənglərini qəbul etmək elə də asan olmayıb. Həmçinin üçrəngli bayraqdan istifadəyə xüsusi məhduduyyətlər tətbiq edilib. 1918-20-ci illərdə bayrağımız yalnız parlamentin iclas zalında qaldırıla bilərdi. Çünki Azərbaycan bayrağında türkçülük rəmzləri əksini tapmışdı. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə üçrəngli bayrağımız fəxarət yerimizə çevrildi. Sonra şahmat turnirinə start verilib. Turnirdə 3 dövlət orqanını təmsil edən 12 şahmatçı yarışıb. Sonda qaliblər pul və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31