“Millimizin baş məşqçisinin səhhətində problem

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin səhhətində problem yaranıb.

Aktual.az-ın Apasport.az-a istinadən məlumatına görə, xorvatiyalı mütəxəssis bu gün səhər saatlarında Bakıdakı klinikalardan birinə üz tutub.

Klinikadan çalışdırıcının uroloji problemlərinin olduğunu bildiriblər. Növbətçi həkimin qeyd edib ki, Prosineçkinin vəziyyəti artıq normaldı və sərbəst gəzə bilir. Bununla belə, məşqçinin gecə klinikada qalacağı məsləhət görülüb.

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu əməkdaşımızla söhbətində bildirib ki, Prosineçki ilə mütəmadi əlaqə saxlayırlar və hazırda onun səhhətində ciddi problem yoxdu. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31