Rusiyada azərbaycanlı futbolçu oyun zamanı hakimi vurdu

Rusiya yüksək liqasının mini-futbol üzrə "Qərbi Sibir" divizionunda "Viraja" klubunun Azərbaycan əsilli oyunçu Sərxan Mikayılov baş hakimin üzünə yumruqla vurub."Report" xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.Xəbərdə bildirilib ki, baş hakim Mikayılovu qaydanı pozduğu üçün cəzalandırıb. Bu, oyunçunun xoşuna gəlmədiyindən, o, topu hakimə sarı atıb. Hakim də ona qırmızı kart göstərib. Bundan qəzəblənən futbolçu hakimi vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31