"Qəbələ" oyununda erməni bayrağı

Almaniyanın Dortmund şəhərinin BVB stadionunda keçirilən "Borussiya" - "Qəbələ" matçını azərbaycanlı azarkeşlər də izləyir.

Milli.Az "Report"a istinadən bildirir ki, qonaq komanda üçün ayrılmış sektorda 100-dək fanat yer alıb.

Onlar əllərində Azərbaycan bayrağı tutmaqdan əlavə, tribunaya böyük Türkiyə bayrağı da səriblər. Amma həmin tərəfdarların səsi çoxsaylı yerli publikanın mahnı sədaları altında eşidilməz olub.

Bundan başqa, oyunun əvvəlində sektorlardan birində Ermənistan bayrağı görünüb. Amma həmin bayraq dərhal yığışdırılıb.

Qeyd edək ki, oyunda hesab 4:0 "Borussiya"nın xeyrinədir.

23:31

Avropa Liqasının qrup mərhələsində təmsilçimiz "Qəbələ" Dortmund "Borussiya"sının qonağıdır.
Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, həmin oyunda Azərbaycan, Türkiyə bayraqları ilə yanaşı, Ermənistan bayrağı da dalğalanır.

Qeyd edək ki, "Borussiya"sının heyətində ermәni əsilli futbolçu Henrik Mxitaryan da oynuyur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31