"Qəbələ" almanlara yenə uduzdu
6 Noyabr 2015 07:00 İdmanBu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində IV turun oyunları keçirilir.
Milli.Az apasport.az-a istinadən bildirir ki, Azərbaycan çempionatının bürünc mükafatçısı "Qəbələ" səfərdə Dortmund "Borussiya"sı ilə qarşılaşıb.
Adlı-sanlı rəqiblə görüşdə sensasiyaya etmək iddiasında olan "qırmızı-qaralar" qrupda ilk səfər xalını qazanmağa çalışacaq.
Təmsilçimiz oyuna ciddi itki ilə çıxacaq. Qapıçı Dmitri Bezotosnı zədəli olduğundan, çərçivədəki yerini ala bilməyəcək.
Baş məşqçi Roman Qriqorçukun yetirmələri qrupda ilk qələbələrini qazanmaları halında növbəti mərhələyə yüksəlmək üçün şans əldə edəcəklər. Bərabərlik halında isə digər görüşdə də rəqib komandaların xalları yarı bölmələri sərfəli olacaq.
Almaniyadakı mümkün məğlubiyyət növbəti mərhələ şanslarının minimuma enməsinə səbəb olacaq.
Avropa Liqası
Qrup mərhələsi, IV tur
5 noyabr
C qrupu
"Borussiya" (Dortmund, Almaniya) - "Qəbələ" (Azərbaycan) - 0:0
Baş hakim: Sebastyan Delferier
Hakim köməkçiləri: İv de Neve, Rien Vanizere
Əlavə hakim köməkçiləri: Conatan Lardot, Erik Lambrext
Dördüncü hakim: Stiyn Hutsebot (hamısı Belçika)
Hakim-inspektor: Xuan Fernandes Marin (İspaniya)
UEFA nümayəndəsi: Georgi Kumas (Kipr)
Dortmund. BVB stadionu
"Borussiya": 1. Roman Vaydenfeller, 15. Mats Hummels, 26. Lukas Pisçek, 28. Matias Ginter, 29. Marsel Şmeltser, 33. Julian Veyql, 6. Sven Bender, 10. Henrix Mxitaryan, 11. Marko Roys, 27. Qonazalo Kastro, 17. Pyer Emerik Obameyanq
Ehtiyat oyunçular: 38. Roman Bürki, 3. Park Yo Hoo, 4. Neven Subotiç, 8. İlkay Gündoğan, 9. Adnan Yanuzay, 23. Şindzi Kaqava, 20. Adrian Ramos
Baş məşqçi: Tomas Tuhel
"Qəbələ": 33. David Pietrzkeviç, 3. Voyislav Stankoviç, 15. Vitali Vernidub, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 44. Rafael Santos, 10. Dodo, 19. Aleksey Qay, 88. David Meza Kolli, 9. Sergey Zenyov, 19. Aleksey Antonov
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 8. Məhəmməd Mirzəbəyov, 4. Elvin Camalov, 5. Georgi Floresku, 6. Rəşad Sadiqov, 66. Samir Zərgərov, 32. Fakundo Pereyra
Baş məşqçi: Roman Qriqorçuk
1.
Borussiya
3
2
1
0
6-3
7
2.
Krasnodar
3
1
1
1
3-3
4
3.
PAOK
3
0
3
0
1-1
3
4.
Qəbələ
3
0
1
2
2-5
1