10 addım geri...
5 Noyabr 2015 18:55 İdmanFİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, ötən ayla müqayisədə Azərbaycan milli komandası 10 pillə geriləyib. Millimizin "Avro-2016"nın seçmə mərhələsinin son iki oyununda İtaliya və Bolqarıstana uduzması dünya reytinqindəki mövqeyinə təsirsiz ötüşməyib. Yığmamız hazırda 293 xalla 115-ci pillədə qərarlaşıb. Siyahının ilk pilləsində dəyişiklik olub. Belçika yığması birinci pilləyə yüksəlib. Son dünya çempionu Almaniya yığması ikinci, Argentina isə üçüncü pillədə qərarlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31