Mourinyonun ailəsi ona dəstək oldu

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində IV tur başa çatıb. İngiltərənin "Çelsi" klubu Kiyevin "Dinamo"sunu 2:1 hesabla məğlub edib. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Stemford Bric" arenasında oynanan matç zamanı tribunalarda "zadəganlar"ın baş məşqçisi, 52 yaşlı Joze Mourinyonun ailəsi də vardı. Portuqal məşqçinin xanımı Matilda, oğlu Joze və qızı Matilda matçı çox gərgin, emosional vəziyyətdə seyr ediblər. Mourinyonun durumu qəlizdir. "Çelsi" son 17 matçdan 9-da qalib gələ bilməyib. Üstəlik, çalışdırıcının paltardəyişmə otağında klubun oyunçularına "sizin çoxunuza inamım itib" söylədiyi vurğulanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31