"Avropa Liqasının finalına yüksələ bilərik" – Roys
4 Noyabr 2015 18:50 İdman"Borussiya" (Dortmund) klubunun futbolçusu Marko Roys iddialı açıqlamaları ilə diqqət çəkib. Qol.Az-ın məlumatına görə, UEFA-nın rəsmi saytına danışan alman fubolçu komandasının Avropa Liqasının finalına yüksələ biləcəyini bildirib: "Cari mövsüm Avropa Liqasının finalına yüksələ bilərik. Ancaq qrup mərhələsinin oyunlarından sonra daha güclü rəqiblərlə qarşılaşacağıq. Həmin vaxt formada olmaya bilərik. Lakin potensialımız var və turnirin finalına qədər irəliləmək istəyirik".
Qeyd edək ki, "Borussiya" Avropa Liqasının C qrupunda Azərbaycanın "Qəbələ", "Krasnodar" (Rusiya) və PAOK (Yunanıstan) klubları ilə mübarizə aparır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31