"Çempionlar Liqasında hər zaman doğru mentalitetə sahib olmuşuq"

Çempionlar Liqasının qrup mərhələsinə yenilgi ilə başlayan "Manchester City" ardıcıl 3 qələbə sayəsində turnirin 1/8 finalına vəsiqəni təmin etmiş oldu. "Şəhərlilər" buna "Ramon Sanchez Pizjuan"da "Sevilla"nı məğlub etməklə (3:1) nail olublar. Milli.Az goal.az-a istinadən xəbər verir ki, matçdan sonra komandanın çalışdırıcısı Manuel Pelleqrini açıqlama verib. "Komandanın oyunu məni razı saldı. Gözəl performansın şahidi olduq. Bunun ən yaxşı oyunumuz olduğunu dəqiq deyə bilmərəm. Amma qrupdan çıxmaq üçün yetərli idi. Üç qol vurduq və 3 real imkandan yararlana bilmədik. Meydanın mərkəzində 3 yarımmüdafiəçi rəqibə müntəzəm pressinq tətbiq edirdi. "Sevilla" buna davam gətirmədi. Bir toxunuşlu ötürmələrdən istifadə etdik. Çox qol vəziyyəti yaratmağımızın səbəbi budur. Həmçinin yaxşı müdafiə olunub nəzarəti əldə saxladıq. Oyun sistemini dəyişdim. Çünki "Manchester United" və "Norwich"lə oyunumuz məni qane etməmişdi". "Çempionlar Liqasında hər zaman doğru mentalitetə sahib olmuşuq. Burada olduğum 3 mövsüm ərzində qrup mərhələsini asan keçmişik. Son 2 ildə pley-offda "Barcelona"ya uduzmuşuq. Onlarsa adi klub deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31