"Buna görə xoşbəxtik"
4 Noyabr 2015 18:40 İdman"Real Madrid" Avropa qrandları arasında bu mövsüm uduzmayan yeganə klubdur. "Kral klubu" Çempionlar Liqasının A qrupunda turnirin pley-off mərhələsinə vəsiqəni təmin edib. Madridlilər PSG üzərində minimal hesablı qələbə sayəsində qrup mərhələsində 19-cu məğlubiyyətsiz oyun həddinə çatıblar. Bununla da "Real" əzəli rəqibi "Barcelona"nın rekordunu yeniləyib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, komandanın baş məşqçisi Rafa Benitez nəticə və oyun barədə bunları deyib: "Qrupdan çıxdıq. Buna görə xoşbəxtik. Komanda artırır və zədəli oyunçular heyətə qayıtmaqdadırlar. PSG ilə oyunun ikinci hissəsində bir sıra əks-hücum və yenidən fərqlənmək imkanımız oldu. Rəqibin səviyyəsini nəzərə alsaq, qələbənin dəyəri yüksəlir. İkinci hissədə topa daha çox nəzarət etdik. Məqsədimiz az qol buraxmaq deyil. Daha çox fərqlənmək və qapımızı toxunulmaz saxlamaq lazımdır. Marselonun zədələnməsinə gəlincə, sıx qrafiklə ardıcıl oyunlar keçirmək zədə riskini artırır".