Kloppla Cerrardın "ortaq" problemi

"The İndependent" nəşri Stiven Cerrardın yenidən "Liverpool"a qayıtmaq ehtimalını gündəmə gətirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, mənbə "qırmızılar"ın baş məşqçisi Yurgen Kloppun artıq bir neçə dəfə Stiven Cerrardla telefonla danışdığını yazır. Alman mütəxəsis Cerrardın komandada peşəkarlıq standartlarını qurmaqda faydalı olacağını düşünür. Klopp və Cerrard MLS-də yaranacaq fasilə ərzində ingilis futbolçunun "Melwood" bazasında məşq keçməsini müzakirə ediblər. Onların növbəti həftə şəxsi görüş planlaşdırdıqları da xəbərlər arasındadır. "LA Galaxy"nin 35 yaşlı yarımmüdafiəçini icarəyə göndərmək fikrində olmaması məsələni çətinləşdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31