Türk klublarına sәrt cәzalar
4 Noyabr 2015 16:27 İdmanXəbər verdiyimiz kimi, Türkiyə Super Liqasının XI turunda keçirilən "Trabzonspor" - "Qaziantepspor" (2:2) matçından sonra meydan sahibləri oyunun hakimlərini girov götürmüşdülər. "Qafqazinfo" xəbər verir ki, Türkiyə Futbol Federasiyası buna görə kluba 2 milyon türk lirəsi məbləğində cəza kəsib. Klub prezidenti İbrahim Hacıosmanoğlu isə 280 gün haqq məhrumiyyəti və 150 min lirə pul cəzasına məruz qalıb.
Qeyd edək ki, Qaradəniz təmsilçisi həmçinin 2 ev oyununu azarkeşsiz keçirməli olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31