Çempionlar Liqası oyununda dava

Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində dünən Ukraynada keçirilmiş "Shakhtar" - "Malmoe" (İsveç) oyunu öncəsi klub azarkeşləri arasında kütləvi dava baş verib. Goal.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, davada onlarla fanat iştirak edib. Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları gələn kimi dava iştirakçıları qaçmağa başlayıblar, lakin 10 nəfər saxlanılıb. Hazırda polis araşdırma aparır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31