"Monako" Bakıda

Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində "Qarabağ"la qarşılaşacaq "Monako" klubu Bakıya gəlib. "Azərtac"ın  yaydığı xəbərə görə, knyazlıq təmsilçisi Azərbaycana 20 futbolçusunu gətirib. Klubun heyətində Rikardo Karvalyo, Joao Moutinyo, Stefan Əl-Şaaravi, Mario Paşaliç və Lasina Traore kimi ulduz futbolçular yer alıb. "Monako" bu gün Bakıda "Qarabağ"la görüşdən əvvəl son məşqinə çıxacaq.

Qeyd edək ki, "Qarabağ" - "Monako" matçı noyabrın 5-də saat 20:00-da başlayacaq. Komandalar arasında ilk görüşdə "Monako" 1:0 hesabı ilə qalib gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31