"Monako" Bakıya 20 futbolçu ilə gəlir

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın qonağı olacaq "Monako"nun Bakıya gələcək heyəti müəyyənləşib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Leonardo Jardimin komandası paytaxtımıza 20 fubolçu ilə gələcək. "Monako"nun bu gün axşam saatlarında Bakıda olacağı gözlənilir.

Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Qapıçılar: Daniel Subaşiç, Pol Nardi, Loik Badyasil

Müdafiəçilər: Rikardo Karvalyo, Elderson, Fabinyo, Kevin Ndoram, Andrea Raci, Almami Ture, Uollas

Yarımmüdafiəçilər: Yohan Andzuana, İvan Kavaleyru, Bernardo Silva, Conatan Meksik, Joao Moutinyo, Mario Paşaliç, Jeremi Tulalan

Hücumçular: Qvido Karrilyo, Stefan Əl-Şaaravi, Lasina Traore 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31