Cerard karyerasını başa vuracağı tarixi açıqladı
3 Noyabr 2015 18:41 İdman"Los Angeles Qalaksi" klubunun futbolçusu Stiven Cerard növbəti mövsüm karyerasını başa vurmaq istəyir. Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, bu barədə ingilis futbolçunun özü məlumat verib: "Növbəti mövsüm karyeramda son mövsüm ola bilər. Özümü qarşıdakı illərdə futbol oynamağa hazır hiss etmirəm. Futboldan pik formamda olan müddətdə getmək istəyirəm. Çempionat uzun idi, ancaq mən cəmi 4 ay oynadım. Qarşıdakı bir il də futbol oynaya biləcəyimi düşünürəm".
Qeyd edək ki, "Liverpul"un canlı əfsanəsi olan Cerard Amerika MLS liqasında keçirdiyi 14 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31