"Monako" Bakıya nə vaxt gəlir?
2 Noyabr 2015 19:00 İdmanAvropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"ın qonağı olacaq "Monako"nun Bakıya gələcəyi tarix müəyyənləşib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, knyazlıq təmsilçisi paytaxtımıza sabah gələcək. Leonardo Jardimin komandası sabah yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə saat 17:00-da) Bakıya yola düşəcək. Bakı vaxtı ilə saat 22:00-da paytaxtımızda olacağı gözlənilən "Monako" noyabrın 4-də oyunöncəsi son məşqinə çıxacaq.
Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Monako" oyunu saat 20:00-da başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31