UEFA-dan 4 klubumuza maliyyə vəsaiti ayrıldı

2015/2016-cı il mövsümündə UEFA Çempionlar və Avropa Liqası turnirlərində iştirakı ilə əlaqədar "Qarabağ", "Qəbələ", "Neftçi" və "İnter" klubları üçün UEFA tərəfindən qaydada maliyyə vəsaiti ayrılıb.

Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbəər görə, ayrılan maliyyə vəsaitləri aşağıda qeyd olunan kimidir:

"Qarabağ" - 950 000 avro
"Qəbələ" - 630 000 avro
"İnter" - 630 000 avro
"Neftçi" - 200 000 avro

UEFA-dan AFFA-ya daxil olan həmin vəsait dərhal müvafiq qaydada "Qarabağ", "Qəbələ" və "Neftçi" klubunun hesabına köçürülüb.

AFFA ilə "İnter" klubunun rəhbərliyi arasında aparılmış danışıqlara uyğun olaraq, klubun AFFA-ya olan borcları tutulduqdan sonra yerdə qalan vəsait "İnter" PİK-in hesabına köçürüləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31