"Qalatasaray" darmadağınla sevindi
Sabah daha 3 qarşılaşma keçiriləcək
30 Oktyabr 2015 09:29 İdmanDünən start götürən Türkiyə Super Liqasının 10-cu turu bu gün davam edib.ANS PRESS-in məlumatına görə, ikinci oyun günündə 3 qarşılaşma baş tutub.Keçən tur İstanbul derbisində üz-üzə gələn və 1:1 hesabı ilə bərabərliklə ayrılan "Fənərbaxça" və "Qalatasaray" klubları ötən gün meydanı 3 xalla tərk edib. "Fənərbaxça" "Osmanlıspor"u 1:0 minimal hesabla məğlub etsə də "Qalatasaray" doğma meydanda "Əskişəhərspor" 4:0 hesabı ilə darmadağın edib. "Aslan"ların heyətində zədədən yeni qayıdan Burak Yılmaz dubl edib. Hazırda 10 turdan sonra hər iki klubun hesabında 21 xal var.
Kral dönüşünü iki qoll qeyd etdi
Tura sabah keçiriləcək 3 qarşılaşma ilə yekun vurulacaq.
28 oktyabr
"Trabzonspor" - "Qaziantepspor" 2:2
Qollar: Aykut Dəmir, 61, Oskar Kordozo, 74 - Orkan Çinar, 31, Daniel Larsson, 51
"Bursaspor" - "Sivasspor" 1:0
Qol: İssak, 71
"Kayserispor" 0:0 "Rizəspor"
29 oktyabr
"Mərsin İdman Yurdu" - "Başakşəhər" - 1:1
Qollar: Pedriel, 45 - Mehmet Batdal, 90+3
"Osmanlıspor" - "Fənərbaxça" - 0:1
Qol: Alper Potuk, 52
"Qalatasaray" - "Əskişəhərspor" - 4:0
Qollar: Səlçuk İnan, 9, Burak Yılmaz, 41, 45+2, Bilal Kısa, 86
30 oktyabr
20:00. "Akhisar" - "Antalyaspor"
20:00. "Konyaspor" - "Gənclərbirliyi"
22:45. "Beşiktaş" - "Kasımpaşa