"Arsenal"a bəd xəbər

İngiltərə Liqa kubokunun 1/8 finalında "Şeffild Uensdey"lə görüşdə zədələnən "Arsenal"ın iki futbolçusu - Aleks Oksleyd-Çemberlen və Teo Uolkotun durumuna aydınlıq gəlib. Qol.Az-ın BBC-yə istinadən verdiyi məlumata görə, hər iki futbolçu 2-3 həftə yaşıl meydanlardan kənarda qalacaq. Belədə həm Çemberlen, həm də Uolkot Premyer Liqada "Suonsi" və "Tottenhem", Çempionlar Liqasında isə "Bavariya" ilə oyunlarda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, "Şeffild Uensdey"ə 0:3 hesabı ilə uduzan "Arsenal" kubokda mübarizəni dayandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31