A Seriyası klubunun baş məşqçisi dəyişdi

İtaliya A Seriyasında çıxış edən "Bolonya" klubu baş məşqçisi Delio Rossini istefaya göndərib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın cari mövsümkü uğursuz çıxışı rəhbərliyi bu addımı atmağa vadar edib. A Seriyasının son turunda öz meydanında "İnter"ə məğlubiyyətdən (0:1) sonra klub rəhbərliyi Rossi ilə yolları ayırmaq qərarına gəlib. Artıq klubun yeni baş məşqçisi də müəyyənləşib. Komandanı "Napoli" və "Parma"nın sabiq baş məşqçisi Roberto Donadoni çalışdıracaq. 52 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, A Seriyasında geridə qalan 10 turdan sonra cəmi 6 xal toplayan "Bolonya" turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31