FİFA 7 nəfərin namizədliyini təsdiqlədi

FİFA prezidentliyinə namizədlərin siyahısı rəsmən açıqlanıb. Goal.az-ın məlumatına görə, ali futbol qurumunun prezidentliyinə 7 şəxsin namizədliyi təsdiqlənib. FİFA-ya yeni rəhbər gələn il fevral ayının 26-da UEFA prezidenti Mişel Platini, baş katib Canni İnfantino, İordaniya şahzadəsi Əli-Bin Əl-Hüseyn, Liberiya Futbol Federasiyasının prezidenti Musa Biliti, FİFA-nın sabiq baş katib köməkçisi Jerom Kampanye, Cənubi Afrikanın məşhur iş adamı Tokyo Sexvale və Asiya Futbol Konfederasiyasının prezidenti şeyx Salman bin İbrahim Əl-Xəlifədi arasından biri prezident seçiləcək. Daha 2 namizəd - Braziliya futbolunun canlı əfsanəsi Artur Ziko və Trinidad və Tobaqo yığmasının sabiq kapitanı David Nakhid tələb olunan qədər dəstək toplaya bilmədikləri üçün namizədliyi geri götürmüşdülər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31