Prosineçki Premyer Liqanın oyunlarında
28 Oktyabr 2015 18:58 İdmanMillimizin baş məşqçisi Robert Prosineçki və onun köməkçiləri Azərbaycan Premyer Liqasının X turu çərçivəsində bu gün keçiriləcək dörd oyunu izləyəcək. Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, "Zirə" - "Kəpəz" matçını Azərbaycan Robert Prosineçki və köməkçisi Mahmud Qurbanov, "Qarabağ" - "Rəvan" qarşılaşmasını millinin məşqçisi Elxan Abdullayev, "Neftçi" - "İnter" matçını isə qapıçılar üzrə məşqçi Faiq Əzizov izləyəcək. Robert Prosineçki və Mahmud Qurbanov "Neftçi" - "İnter" qarşılaşmasına baxmaq üçün "Zirə" - "Kəpəz" oyunundan dərhal sonra "Bakcell Arena"ya gedəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31