"Çelsi"nin futbolçuları Mourinyoya inanmır"
28 Oktyabr 2015 18:43 İdman"Arsenal"ın canlı əfsanəsi Tyeri Anri "Çelsi"nin cari mövsümdəki çıxışı haqda danışıb. Qol.Az-ın məlumatına görə, Anri "Sky Sports"a açıqlamasında "Çelsi"li futbolçuların baş məşqçi Joze Mourinyoya inanmadığını bildirib: "Görürəm ki, artıq futbolçular Mourinyoya inanmır. Nemanya Matiç son oyunları sabit keçirmir. Eden Hazard həm müdafiədə, həm də hücumda oynamaq istəmir. Ümumiyyətlə, Mourinyonun manevrləri futbolçuların ürəyincə deyil. Bəli, o karyerasında bir sıra uğur qazanıb. Ancaq komanda ilə bir dəfə uğur qazandınsa, növbəti mövsüm yenilik haqda düşünməlisən. "Çelsi"nin futbolçuları təzyiq altındadır. Onların vəziyyətdən çıxıb-çıxmayacağını bilmirəm".
Qeyd edək ki, ötən mövsüm Premyer Liqanın qalibi olan "Çelsi" cari mövsüm geridə qalan 10 turdan sonra 11 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.