"Arsenal"da iki ciddi itki
28 Oktyabr 2015 18:39 İdmanİngiltərə Liqa kubokunun 1/8 finalında "Şeffild Uensdey"ə uduzan "Arsenal" ciddi itki ilə üzləşib. Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, London təmsilçisinin iki futbolçusu sıradan çıxıb. Matça start heyətində çıxan Aleks Oksleyd-Çemberlen 5-ci dəqiqədə zədələnib. Onu Teo Uolkot əvəzləyib ki, ingilis futbolçu da 14 dəqiqə sonra sıradan çıxıb. Hər iki futbolçunun durumuna aparılacaq tibbi müayinədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, "Şeffild Uensdey"ə 0:3 hesabı ilə uduzan "Arsenal" kubokda mübarizəni dayandırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31