Buffon dünya çempionatında iştirak etmək niyyətindədir
27 Oktyabr 2015 18:55 İdmanFutbol üzrə İtaliya millisinin və "Yuventus" komandasının kapitanı Canluici Buffonun 2018-ci ilədək futbolu buraxmaq niyyəti yoxdur. Goal.az xəbər verir ki, 37 yaşlı qapıçı bu barədə fikirlərini İtaliya mətbuatına açıqlama verib: "İtaliyanın 2018-ci ildə yenidən dünya çempionu olub-olmayacağını indidən proqnozlaşdıra bilmərəm. Lakin komandamızın liderlər sırasında qərarlaşacağına əminəm. Karyeramı futbolla bağladığıma görə və komandamızın uğurlarında rol oynadığım üçün xoşbəxtəm. Futbolu çox sevirəm. Əsas hədəfim və arzum 2018-ci ildə keçiriləcək dünya çempionatında da forma geyməkdir. Futbolçu karyeramı bitirdikdən sonra nə ilə məşğul olacağımı indidən müəyyən etməmişəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31