"Neftçi"nin futbolçusu cəzalandırıldı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Trend-in məlumatına görə, İntizam Komitəsinin bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul olunub. Premyer Liqanın IX turunun AZAL - "Neftçi" matçının 90+4-cü dəqiqəsində "Neftçi" klubunun 3 №-li futbolçusu Jairo Rodriges sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31