Premyer Liqanın oyunlarının vaxtı seçkilərə görə dəyişdirildi

Azərbaycan Premyer Liqasının XI turunun təqvimində dəyişiklik edilib. Trend Peşəkar Futbol Liqasına istinadən məlumat verir ki, noyabrın 1-də Azərbaycanda Milli Məclisə seçkilər günü olduğu üçün oyunların vaxtı dəyişdirilib. Belə ki, XI turun oyunları əvvəlcədən nəzərdə tutulduğu kimi 1-2 noyabrda deyil, 31 oktyabrda keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31