"Derbi dinamik keçmədi"

"Mançester Siti" Premyer Liqanın 10-cu turunda "Old Trafford" səfərindən 1 xalla dönüb. Qolsuz heç-heçə ilə başa çatan Mançester derbisindən sonra "Siti"nin kapitanı Vensan Kompani fikirlərini bölüşüb. Goal.az xəbər verir ki, belçikalı müdafiəçi derbinin sönük keçdiyini bildirib. "Kənardan necə görünməsini bilmirəm. Amma mən dinamik derbi olduğunu düşünmürəm. Hər iki komanda müdafiədə etibarlı oynadı. Hamı bu oyunun mənim üçün nə dərəcədə vacib olduğunu bilir. Məşqçi ilə fikir ayrılığım yoxdur. Amma bəzən ehtiyatda qalmağım məni təəccübləndirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31