"Qarabağ"ın futbolçusu pley-off oyunlarına çağırıldı

"Qarabağ"ın qapıçısı İbrahim Şehiç yenidən Bosniya və Hersoqovina millisinə çağırılıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 27 yaşlı qolkiper "Avro-2016"nın final mərhləsinə vəsiqə verən İrlandiya ilə pley-off oyunlarına dəvət alıb.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunu noyabrın 13-də Bosniya və Hersoqovinada, cavab qarşılaşması isə 3 gün sonra İrlandiyada keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31