"Rəvan"dan yeni transfer
26 Oktyabr 2015 18:40 İdmanBaş məşqçi Bəhmən Həsənovun rəhbərliyi ilə yeni bir dönəmə qədəm qoyan "Rəvan" PFK ilk transferini reallaşdırıb. Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi Saşa Yunisoğlunu heyətinə qatıb. Karyerası ərzində "Poloniya", "Dənizlispor", "Bakı", "Qəbələ", "Neftçi" kimi klubların, eləcə də milli komandamızda çıxış edən təcrübəli müdafiəçi 1 illik sözləşməyə imza atıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31