Mourinyo istefaya göndərilə bilər
26 Oktyabr 2015 18:35 İdman"Çelsi"nin baş məşqçisi Joze Mourinyo istefaya göndərilə bilər. Qol.Az-ın xəbərinə görə, bu barədə İngiltərənin "Daily Express" qəzeti məlumat yayıb. Bildirilib ki, London klubu Premyer Liqanın 11-ci turunda "Liverpul"a uduzacağı təqdirdə, portuqaliyalı mütəxəssislə yollar ayrılacaq. İddia edilib ki, J.Mourinyonu Qus Hiddink və ya Karlo Ançelotti əvəzləyə bilər.
Qeyd edək ki, "Çelsi" ölkə çempionatının 10-cu turunda "Vest Hem"ə 1:2 hesabı ilə uduzub. Sözügedən oyunda London klubunun 7 futbolçusuna sarı vərəqə göstərilib, Nemanya Matiç qırmızı vərəqə ilə cəzalandırıb. "Çelsi"nin baş məşqçisi Joze Mourinyo isə tribunaya göndərilib. Əlavə edək ki, "Çelsi" 10 turdan sonra 11 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31