Hüquqşünas dünya çempionu oldu
26 Oktyabr 2015 12:47 İdmanAzərbaycanı təmsil edən Babək Əliyev Almanyanin Ştutqard səhərində keçirilən dünya çempionatında birinci yerə çıxaraq, bayrağımızı dalğalandırıb. "OLAYLAR"-ın "Azəryolservis"-ə istinadən verdiyi xəbərə görə, hər il combat idman novləri üzrə keçirilən dünya çempionatında bu dəfə 500-dən çox idmançı iştirak edib. Babək Əliyev 80 kiloqram çəki dərəcəsində ilk döyüşünü İtaliya təmsilçisi ilə keçirərək, ona qalib gəlib. Daha sonra rinqdə fransız əsilli İsveç təmsilçi ilə qarşı-qarşıya gələrək onu da məğlub etməyə müvəffəq olub və finala yüksəlib. Finalda gənc hüquqşünas Əlcəzair idmançısı Mehdi Maunanedi ilə üz-üzə gəlib. Bu görüşdə də Babək Əliyev rəqibinə şans verməyərək dünya çempionu tituluna sahib olub.
Qeyd edək ki, bir-neçə ay bundan öncə Tiflisdə keçirilən "Xəzər-Qara Dəniz" ölkələrinin kubokunda da erməni zabitini məğlub edən "Yol xətt" MMC-nin hüquqşünası Babək Əliyev dünya çempionu olub.