Şeyx FİFA prezidentliyinə namizəd oldu

Dünyanın ali futbol qurumunun prezidenti olmaq qərarına gələn Asiya Futbol Konfederasiyasının (AFC) rəhbəri şeyx Salman bin İbrahim əl-Xəlifə seçkilərdə iştirak etmək üçün sənədlərini FİFA nümayəndələrinə təqdim edib.Report TASS agentliyinə istinadən xəbər verir ki, namizədlərin qeydiyyatı bu gün başa çatacaq.Yeni prezidentinin adına isə gələn il, fevralın 26-da aydınlıq gələcək.Əl Xəlifə Bəhreyn kral nəslindəndi. O, 2002-ci ildən AFK-nın prezidenti kimi fəaliyyət göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31