AZAL "Neftçi"yə qalib gəldi 2:1

Bu gün Azərbaycan Premyer Liqasında 9-cu turun oyunlarına start verilib. SİA-nın verdiyi məlumata görə, ilk oyun günündə bir qarşılaşma baş tutub. Turun açılış matçında AZAL və "Neftçi" komandaları üz-üzə gəlib. "AZAL Arena"da keçirilən oyunda AZAL "Neftçi"-ni 2:1 hesabı ilə udub.

Komandalar meydana aşağıdakı "11"likdə çıxıb:

AZAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov (k), 3. Tural Hümbətov, 24. Emin Cəfərquliyev, 4. Qvanzan Maqomedov, 14. İlqar Ələkbərov, 6. Tagim Novruzov, 21. Murad Səttarlı, 10. Nuqzar Kvirtiya, 27. Aleksandr Quruli, 9. Aydın Qasımov

Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 20. İsmayıl İbrahimli, 11. Ruslan Nəsirli, 5. Kamil Hüseynov, 19. Məhəmməd Bədəlbəyli, 22. Kamal Mirzəyev, 28. Müşfiq Teymurov

"Neftçi": 1. Aqil Məmmədov (k), 3. Filyo Jairo Rodriges, 4. Rahil Məmmədov, 6. Aylton Silva, 11. Ruslan Qurbanov, 14. Məhəmməd Qurbanov, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 18. Kaue da Silva, 21. Samir Məsimov, 26. Kamal Qurbanov

Ehtiyat oyunçular: 24. Miçal Peskoviç, 8. Elşən Abdullayev, 16. Əziz Quliyev, 27. Məqsəd İsayev, 95. Elvin Bədəlov, 45. Kamran Nəcəfzadə, 10. Cavid İmamverdiyev 

Qeyd edək ki, Premyer Liqada 9-cu tura bazar günü keçiriləcək iki oyunla yekun vurulacaq.

23 oktyabr (cümə)

Azərbaycan Premyer Liqası, 9-cu tur

18:00. AZAL - "Neftçi" - 2:1
Qollar: Nuqzar Kvirtiya, 24-pen (1:0), Ruslan Qurbanov, 57 (1:1),
Aleksandr Quruli, 90+4 (2:1)
Qırmızı vərəqə: Filta Jairo Rodriges, 90+3 ("Neftçi")
Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Elman Musayev, Nail Nağıyev
"AZAl Arena".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31