""Qarabağ"la oyundakı uğursuzluqdan sonra..."
23 Oktyabr 2015 18:30 İdmanAvropa Liqasının qrup mərhələsinin III turunda evdə "Tottenhem"i məğlub edən "Anderlext"in baş məşqçisi Besnik Hasi oyunla bağlı fikirlərini bölüşüb. Qol.az-ın Belçika mətbuatına istinadən verdiyi məlumata görə, 43 yaşlı mütəxəssis "Qarabağ"a məğlubiyyətdən sonra bu qələbənin çox önəmli olduğunu bildirib: "Oyun bizim üçün yaxşı başlamadı. Erkən qol buraxdıq. Ancaq toparlana bildik və görüşdən 3 xalla ayrıldıq. "Monako" və "Qarabağ"la oyunlardakı uğursuzluqdan sonra bu qələbə bizim üçün çox önəmli idi. Qarşıdakı oyunlarda da qələbə qazanaraq qrupdan çıxmağa çalışacağıq".
Qeyd edək ki, "Tottenhem"ə 2:1 hesabı ilə qalib gələn "Anderlext" turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31