Kikboksçularımız dünya çempionatına yollanır

Oktyabrın 26-dan noyabrın 1-dək Serbiyanın paytaxtı Belqradda Kikboksing idmanının WAKO versiyası üzrə Dünya çempionatı keçiriləcək. Gənclər və İdman Nazirliyindən "OLAYLAR"-a bildirilib ki, hər iki ildən bir keçirilən bu mötəbər Dünya çempionatına milli komandamız 1995-ci ildən qatılır.
Lakin məhz bu il kikboksinq üzrə yığma komanda ən böyük tərkibdə Azərbaycanı təmsil edəcək. Bu məqsədlə oktyabrın 23-də idmançılarımız media nümayəndələri ilə görüşüb. Yığma komandanın baş məşqçisi Elşən Əbdülrəhmanov müsahibəsində bir çox idmançıların uğur qazanacağına inandığını və yaxşı nəticələrlə vətənə qayıdacaqlarına ümid bəslədiyini  bildirib: "Artıq federasiya rəhbərliyi də idmançılarla görüşərək onlara uğurlar arzu edib. Bu çox məsuliyyətli və önəmli yarış olacaq. İlk dəfədir ki, yarışa 25 idmançı ilə qatılırıq. İdmançılarımızın vətənə yüksək nəticələrlə qayıdacaqlarına ümid edirəm". İdmançıları bu yarışda federasiyanın vitse prezidenti Güloğlan Cabbarov, Sadlq Bağırov, baş məşqçi Elşən Abdulrəhimov, məşqçilər Hikmət Hacıyev, Telman Məhərrəmov, Fuad Sayadov, Sani Jabbarov, Kamran Aşrafzadə və Rövşən Hacıyev müşayət edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31