Futbol üzrə Azərbaycan Premyer liqasının son 3 turunda "Qəbələ" klubu maksimum nəticə göstərib:
6-cı tur: "Rəvan" - "Qəbələ" (0:3)
7-ci tur: "Qəbələ" - "Xəzər Lənkəran" (6:0)
8-ci tur: "Neftçi" - "Qəbələ" (0:1)
Premyer liqada 8 oyundan sonra "radarlar" 19 xalla turnir cədvəlinin 2-cisidir.

Azərbaycan Premyer liqasının turnir cədvəli
"Borussiya" isə qrup mərhələsinin 1-ci turunda öz meydanında "Krasnodar"ı qəbul edib və 2:1 hesabı ilə qalib gəlib, 2-ci turda isə "PAOK"-un qonağı olan "arılar" Yunanıstan səfərindən 1 xalla dönüblər. Dortmundlular qrup mərhələsində 2 oyuna 4 xal toplayaraq "C" qrupunun lideridir.
"Borussiya" Bundesliqada keçirdiyi son 3 oyunun 1-də qalib gəlib, 1-də məğlub olub, 1 oyun isə heç-heçə ilə nəticələnib. "Arılar" 20 xalla Bundesliqanın turnir cədvəlinin 2-ci yerində qərarlaşıb.

Bundesliqanın turnir cədvəli
Xorvatiyalı hakimlər tərəfindən idarə olunacaq "Qəbələ" - "Borussiya" matçının star fiti saat 20:00 səslənəcək.

"Qəbələ" klubu

"Borussiya" klubu