Sərbəst güləşçilərimiz Dağıstana gedəcək
22 Oktyabr 2015 12:44 İdmanOktyabrın 23-25-i tarixlərində Dağıstan Respublikasının Buynak rayonunda dövlət xadimi Xizri Şıxsaidovun mükafatı uğrunda sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcək. Turnirdə sərbəst güləş üzrə yığma komandanın bəzi üzvləri iştirak edəcək. AGF-dən "OLAYLAR"-a bildirilib ki, yığma komandanın məşqçisi Siracuddin Eldarovun rəhbərliyi altında qonşu respublikaya 8 güləşçimiz yollanır. Yarışda ölkəmizi Pərviz İbrahimov, Mircəlal Həsənzadə (hər ikisi 57 kq), Ağahüseyn Mustafayev (61 kq), Ağaəli Ramazanov, Samir Rzayev (hər ikisi 65 kq), Mircəfər Murtuzlu (74 kq), Məhəmməd Abdulxalikov və Hacımurad Məhəmmədsəidov (hər ikisi 86 kq) təmsil edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31