"Bavariya"nın ilk məğlubiyyəti
21 Oktyabr 2015 20:00 İdmanÇempionlar Liqasının qrup mərhələsində səfərdə "Arsenal"a 0:2 hesabı ilə uduzan "Bavariya"nın qələbə seriyası qırılıb. Qol.Az-ın məlumatına görə, Münhen təmsilçisi cari mövsüm ilk məğlubiyyətini alıb. Bundesliqada keçirdiyi 9 oyunun hamısında qalib gələn Pep Qvardiolanın komandası Çempionlar Liqasının iki qrup matçını da qələbə ilə başa vurub. Lakin Londonda "Arsenal"la bacarmayan "Bavariya" cari mövsüm ilk məğlubiyyətini almaqla yanaşı, ilk xal itkisi ilə də üzləşib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31