"Çelsi" azarkeşləri Kiyevdə döyüldülər

Çempionlar Liqasının qrup mərhələsində "Dinamo Kiyev"in qonağı olan "Chelsea" matçdan öncə xoşagəlməz xəbər alıb. Goal.az "Daily Mail"ə istinadən xəbər verir ki, ingilis fanatlar İstiqlal meydanı yaxınlığındakı bardan çıxdıqdan sonra yerli azarkeşlərlə insident yaşanıb. Bir neçə azarkeş yüngül xəsarət alıb. Onlardan birinə tibbi yardım göstərilib. Qeyd edək ki, qrupda təxminən 30 nəfər olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31