Kanadalı hücumçu Azərbaycan klubunda
21 Oktyabr 2015 19:35 İdmanQadın voleybolçulardan ibarət "Azəryol" komandası CEV (Avropa Voleybol Konfederasiyası) Kuboku öncəsi yeni transferə imza atıb. Goal.az xəbər verir ki, klubun mətbuat xidmətindən verilən məlumatda kanadalı voleybolçu Kayla Riçi ilə müqavilə bağlanıldığı bildirilib. 1.88 sm boya malik olan Riçi "Azəryol"un CEV Kuboku üçün sifariş ərizəsinə daxil edilib. 26 yaşlı hücumçu daha öncə Almaniya, İtaliya və Türkiyə klublarının şərəfini qoruyub.
Xatırladaq ki, "Azəryol" CEV Kubokunda ilk görüşünü oktyabrın 28-də Rumıniyada "Tarqovitse" klubuna qarşı keçirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31