Çövkən üzrə Azərbaycan çempionatında yarımfinalçılar məlum olub

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində "Çövkən" Atüstü Milli Oyunu üzrə 4-cü Azərbaycan Çempionatı sona yaxınlaşır. Turnirin yarımfinal mərhələsində çıxış edəcək komandalar məlum olub. Nəticələr belədir:
¼ final:
"Ağcabədi" - "Sərhədçi" 0-7
"Laçın" - "Ağstafa" 0-1
"Köhlən" - "Qarabağ" Ağdam 0-4
"Polad" - "Şəki" +/-
Yarımfinal:
"Qarabağ" Ağdam - "Polad"
"Sərhədçi" - "Ağstafa"
Qeyd edək ki, Oktyabrın 22-si Binə Atçılıq Mərkəzinin qapalı manejində keçiriləcək yarımfinal mərhələsi saat 10:00 da, Oktyabrın 24-də keçiriləcək Çempionatın final mərhələsi isə saat 16:00 -da başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31