Bakı Olimpiya Stadionuna direktor təyin edilib
21 Oktyabr 2015 13:20 İdmanGənclər və İdman Nazirliyi Bakı Olimpiya Stadionunu AFFA-ya uzunmüddətli təmənnasız istifadəyə verib. Apasport.az saytının məlumatına görə, AFFA prezidenti Rövnəq Abdullayevin əmri ilə assosiasiyanın Marketinq və Reklamlar Şöbəsinin müdiri Cavid Qarayev Bakı Olimpiya Stadionuna direktor təyin olunub. Qarayev UEFA-nın Marketinq Məsləhətverici Komitəsinin üzvü, FİFA-nın MA Xidmətləri və Peşəkarlıq Proqramının (MASP) konsultantıdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31