La Liqa klubu baş məşqçisini qovdu
20 Oktyabr 2015 19:55 İdmanİspaniya La Liqasının debütantı "Las-Palmas" baş məşqçisi Pako Errera ilə yollarını ayırıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna komandanın uğursuz çıxışı səbəb olub. "Las-Palmas" geridə qalan 8 turdan cəmi 5 xal toplayıb. Bu nəticədən narazı qalan rəhbərlik 61 yaşlı mütəxəssislə yollarını ayırmaq qərarına gəlib.
Qeyd edək ki, "Las-Palmas" klubu hazırda turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31